Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

Kanada Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

İNFONEWS , TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Tətbiq edilən sanksiyalar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə və maliyyə nazirlərinə aiddir.

Bundan əvvəl Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların birinci mərhələsinin başladığını, Latviyada NATO-nun heyətindəki kanadalı hərbçilərin sayının 460 nəfər artırılacağını elan edib.

Baş nazirin rəsmi saytında dərc olunan məlumata əsasən, sanksiyalar Ukraynadakı qondarma respublikaların tanınmasının lehinə səs verən Rusiya Dövlət Dumasının deputatlarına, Rusiyanın suveren borcu ilə birbaşa və ya dolayı əməliyyatların aparılmasına, Rusiyanın iki nəhəng maliyyə müəssisəsinə şamil ediləcək. Həmçinin Kanada vətəndaşlarının Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk və Luqansk bölgələrində hər hansısa fəaliyyətlə məşğul olması da yasaqlanacaq.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb

 

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir