Ukraynada 198 nəfər ölüb- RƏSMİ AÇIQLAMA

Rusiya Ukraynanın daha bir neçə yaşayış məntəqəsini ələ keçirib

İNFONEWS  xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko açıqlama verib.

O bildirib ki, dünyasını dəyişənlərdən üçü uşaqlardır. Lyaşko aralarında yetkinlik yaşına çatmayanlardan ibarət olmaqla, daha 1 115 nəfərin yaralandığını bildirib.

Nazir qarşı tərəfin təcili yardım maşınlarına da atış açaraq beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozduğunu əlavə edib. Bununla yanaşı, Lyaşko vurğulayıb ki, Ukraynanın tibb sistemi işləməkdə davam edir. Nazirlik isə bütün xəstəxanaların gərəkli ləvazimatlarla təmin olunması istiqamətində çalışır.

Lyaşko ötən gecə Xersondakı sığınacaqda quraşdırılmış doğum evində partlayış səsləri altında 2 körpə oğlanın doğulduğunu söyləyib

 

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir