BP Rusiyanın enerji nəhəngi “Rosneft”dəki payını satacaq
“İNFONEWS” xəbər verir.
Böyük Britaniyanın BP (British Petroleum) neft şirkəti Rusiyanın enerji nəhəngi “Rosneft”dəki payını satacaq.
BP 2013-cü ildən bəri əlində olan 19,75 faiz payını satacağını açıqlayıb.
BP-nin baş direktoru Bernard Luni və şirkətin keçmiş prezidenti Bob Dadli “Rosneft”in direktorlar şurasındakı vəzifələrindən istefa veriblər.