Azərbaycanda son sutkada 832 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2329 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 786502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767702 nəfər müalicə olunaraq sağalıb, 9438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir.
Ölkədə son sutka ərzində 8 865, hazırkı dövrədək isə 6 563 829 test aparılıb.