Müdafiə Nazirliyinin general-mayoru həbs edilib
Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qətimkan tədbiri seçib.
Bu gün, martın 2-də məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının general-mayor Nizami Məmmədovun barəsində vəsatətinə baxıb.
Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.
Vəsatət təmin edilərək Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.