Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3768, bu günə qədər isə ümumilikdə 2214194 test nümunəsi götürülüb.