Milli idman növləri daha da inkişaf edəcək

Milli idman növləri daha da inkişaf edəcək

Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar keçirilib.

Bunu “Ethnosport” Forumunda çıxışı zamanı Gənclər və idman naziri Fərid Qayıbov deyib.

O qeyd edib ki, Azərbaycanda 100-dən artıq idman kompleksi mövcuddur.

“Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək”, -deyə əlavə edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir