Bu günə qədər 9500 Azərbaycan vətəndaşı Ukraynadan təxliyə edilib
Bu gün səhərə olan məlumata görə 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlayan ilk gündən müvafiq addımlar atılır.
“Bundan sonra da vətəndaşlarımızın təxliyəsi üçün bütün işlər görüləcək”, – deyə nazir əlavə edib.