Baş Gömrük İdarəsinin həbsdə olan əməkdaşlarına cəza istənildi

Baş Gömrük İdarəsinin həbsdə olan əməkdaşlarına cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq ötən prosesdə prokurorun istintaqın yenilənməsi ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə bildirib ki, Dövlət Gömrük Komitəsindən göndərilən məktubda bildirilib ki, dövlət ittihamçısının təqdim etdiyi əsasnamə əsassızdır. Həmçinin, qurum tərəfindən prokurorluğa hər hansı məktub göndərilməyib. Məhkəmə vəsatəti rədd edərək, fərqli əsasnamələrlə bağlı xüsusi qərar çıxarılacağını elan edib.

Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin verilmiş ittihamla təqsirli bilinmələrini – Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il 2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir