Azərbaycan uşaq və yeniyetmələr bu yarışda QALİB OLDULAR
“İNFONEWS” təbrik edir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Ciu-Citsu üzrə uşaqlar və yeniyetmələr arasında növbəti “Challenge Jio-Jitsu Festival” yarışı keçirilib.
Yarışda BƏƏ-də yaşayan müxtəlif ölkələrin, o cümlədən, Azərbaycanın təmsilçiləri iştirak ediblər. Uşaqlar arasında İsmayıl Məmmədov və Yasin Dadaşov qızıl (I yer), Umar Məmmədov gümüş (II yer), Ayxan Davud isə bürünc (III yer) medallara layiq görülüblər.
Yeniyetmələr arasında yarışda İbrahim Məmmədov və Ömər Abdulla III yeri tutaraq bürünc medal qazanıblar.
mötəbər yarışda ölkəmizi ləyaqətlə təmsil edən soydaşlarımızı təbrik edir, onlara təhsillərində və idman fəaliyyətlərində davamlı uğurlar arzulayır.