“Universal Music” şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb

“Universal Music” şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb

“İNFONEWS” xəbər verir.

Dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music” Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.

“TASS” agentliyinin məlumatına görə, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, “Universal Music” öz işçilərinə maaş verməyə davam edəcək, lakin leybl ilə əməkdaşlıq edən musiqiçilərin səs yazısı dayandırılacaq.

Qeyd edək ki, Rusiyada şirkətin eyni adlı törəmə şirkəti var, onunla 50-dən çox ifaçı əməkdaşlıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir