Gözlərimizi koronavirusdan necə qoruyaq?

Gözlərimizi koronavirusdan necə qoruyaq?

Göz ən həssas orqanlardan biridir, çünki maska taxarkən belə virusa məruz qalır. Ona görə də COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur deyib.

Onun sözlərinə görə, ən mühüm qorunma yolu – maska taxaraq, virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir.

“Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etməyi də tövsiyə edilir”, – deyə o əlavə edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir