Turizm sahəsində yeni peşə məktəbi yaradılacaq
“İNFONEWS” xəbər verir.
Türkiyə ilə birgə turizm sahəsində peşə təhsili müəssisəsi yaradılacaq.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Turizm sahəsində dual təhsil” proqramına dair tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərimov deyib.
C.Kərimov bildirib ki, Türkiyənin turizm sahəsində təcrübəsi daha çoxdur. Yaradılacaq peşə təhsil müəssisəsində Türkiyə təcrübəsinə üstünlük veriləcək.