“Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür”

“Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür”

“İNFONEWS” xəbər verir.

Bakıda illərlə əri tərəfindən döyülən, sonda isə öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhumun atası Yalçın Məhərrəmov ifadə verib.

O bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən narazılıq edib: “Ailə qurandan 3 ay sonra narazılıqlar başladı. Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Bu da söz-söhbətlər yaradırdı. Axırıncı dəfə oğlan polisə verilmişdi. Yəqin ki, ona görə öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını öldürüblər”.

Sevinci öldürən əri Füzuli Qarayev isə qayınatasını yalan danışmaqda ittiham edib:“Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atası evinə. Dedi darıxıram, bir müddət sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçmışdı. Sonuncu dəfə axtardım, tapmadım. Qayınatamı da çağırdım ki, gəl axtaraq, amma tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim, “mən niyə öldürürəm?!”

(“Qafqazinfo”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir