Ukrayna səfiri Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə bir böhranlı zamanda, Ukrayna üçün çətin bir zamanda Ukraynaya mühüm humanitar yardım göstərdiyinə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Bunun Azərbaycanın Ukraynaya ilk humanitar yardımı olmadığını qeyd edən səfir çatdırılan yükün hazırda atəş altında olan yüzlərlə dinc sakinin həyatını xilas edəcəyini vurğulayıb.
“Azərbaycandan Ukraynaya məhz hazırda ehtiyac duyulan şeylər – dərman, tibbi avadanlıqlar, qida göndərilir. Azərbaycan və Ukrayna uzun illər nümayiş etdirib ki, biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq”, – deyə səfir bildirib.