DSX Xüsusi Məktəbin V sinfinə şagird qəbulu davam edir

DSX Xüsusi Məktəbin V sinfinə şagird qəbulu davam edir

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 28 mart 2022-ci il tarixinədək dim.gov.az saytında bu linkə daxil olub elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

  • Azərbaycan dili;
  • Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

Qəbul elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir