Türkiyə Silahlı Qüvvələrinə “Vural” radioelektron mübarizə (REM) vasitələri təhvil verilib.
İNFONEWS xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.
ASELSAN tərəfindən istehsal edilən sistemlər milli proqram və texniki təchizatla təmin olunub.
Modul dizaynı və uyğun arxitekturası sayəsində REM vasitəsi yüksək hədəf aşkarlama qabiliyyətinə malikdir.
Sistem aşkar edilmiş hədəf radarlarının əhatə dairəsini azaltmaq və ya müəyyən müddət ərzində onları sıradan çıxarmaq üçün aldatma və ya müdaxilə şəklində elektron hücum tətbiq edir.