Yaponiya Baş naziri: “Kuril adalarının cənubu Rusiya işğalı altındadır”
“Yaponiyanın mövqeyinə görə, Kuril adalarının cənub hissəsi Rusiya tərəfindən qanunsuz işğal olunub, hazırda bu ölkə ilə hər hansı dialoq perspektivi görünmür”.
İNFONEWS TASS-a istinadən xəbər verir ki, bunu parlamentdəki müzakirələr zamanı ölkənin Baş naziri Fumio Kişida bildirib.
O deyib ki, şimal ərazilərimizin Rusiya tərəfindən işğalı heç bir qanuni müddəalara əsaslanmır: “Oranın qanunsuz işğal statusuna dair mövqeyimiz dəyişməz olaraq qalır. Belə bir vəziyyətdə danışıqların perspektivi barədə bəhs etmək olmur”.
Yaponiyanın hökumət başçısı şimal əraziləri məsələsini həll edib sülh sazişi imzalamaq məqsədini qarşıya qoyduqlarını, amma buna hələ nail ola bilmədiklərini diqqətə çatdırıb.