DSX-nin Aparat rəhbəri: “Azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi ilə xidmətlərini aparırlar”

DSX-nin Aparat rəhbəri: “Azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi ilə xidmətlərini aparırlar”

DSX-nin Aparat rəhbəri: “Azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi ilə xidmətlərini aparırlar”
“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra iş­ğaldan azad edilmiş sərhədlərimizdə zəruri müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə ardıcıl təd­birlər həyata ke­çirilir. Ötən il ərzin­də Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi yaradılmışdır. Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zi­sindən və Laçın rayonunun bir hissəsin­dən keçən hissəsi tam nəzarət al­tı­na götürülmüş, bu istiqa­mət­də 106 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-dö­yüş fəaliyyətinə başlamışdır”.

 

İNFONEWS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri general-mayor Elçin İbrahimov bildirib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri yaradılmış, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görül­üb.

“Yeni istifadəyə verilən hərbi hissələrdə şəxsi heyətin xidməti və sosial şəraitinin yaxşılaşdırılması üzrə zəruri işlər görülür. Belə ki, burada lazımi məişət şəraiti olan yataqxanalar, yeməkxanalar, istirahət və xüsusi təyinatlı otaqlar, təlim poliqonları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman zalları və yaşayış evləri sərhədçilərin sərəncamına verilmişdir. Bir sözlə, qısa zamanda hərbi qulluqçuların istər peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, istərsə də sosial təminatının yaxşılaşdırılması üçün zəruri imkanlar yaradılmışdır.

Xüsusi vurğulamaq istərdim ki, azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi, qürur hissi ilə xidmətlərini aparırlar. İllərdi bu günü gözləyən sərhədçilər düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nın təmin edilməsi, ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini layiqincə ye­rinə yetirirlər.

Sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması, şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən fəaliyyətlər sırasında mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi, yolların salınması və bərpası işlərini qeyd etmək istərdim. Ötən il ərzində azad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yollar çəkil­miş, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilmiş, 386 hektar ərazinin mina və partlamamış sursat­lardan təmizlənməsi nəticəsində 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlama­mış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmişdir”, – deyə general-mayor qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir