Hikmət Hacıyev “Xankəndi” təyyarəsi ilə Şuşaya uçdu

Hikmət Hacıyev “Xankəndi” təyyarəsi ilə Şuşaya uçdu

 

 

“İNFONEWS” xəbər verir.

Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü Şuşada qeyd ediləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşım edib.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, – Hikmət Hacıyev yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir