Son sutkada Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını öldürüb

Son sutkada Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını öldürüb

Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib.

İNFONEWS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:

“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib. Düşmənin itkiləri dəqiqləşdirilir”.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı general-leytenant Andrey Mordviç martın 18-də öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir