UABD nümayəndələri Ukrayna ordusuna 1000 qutu dərman ləvazimatları verib

UABD nümayəndələri Ukrayna ordusuna 1000 qutu dərman ləvazimatları verib

“İNFONEWS” “REPORT”a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndələri Ukrayna ordusuna xüsusi sifarişlə hazırlanmış 1000 qutu dərman ləvazimatları yardım edib.

UABD sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov  bildirib ki, ləvazimatlar Ukraynanın Azərbaycandakı səfirliyinə təqdim olunub.

“Səfir Vladimir Kanevski ilə görüşdə dərman ləvazimatları ilə yanaşı, 1000 ədəd konserv və ilkin zərurət ləvazimatları təqdim edildi. Biz öz Ukraynamızı, öz evimizi və öz doğma divarlarımızı qoruyuruq. Kimsə bunu silahla, kimsə sözlə, kimsə də əməli ilə edir. Yardımlarımız bununla məhdudlaşmayacaq. Biz təcavüzkar üzərində qələbəni birlikdə əldə edəcəyik. Yaşasın Ukrayna!”,- o deyib.

Xatırladaq ki, UABD rəhbərliyi Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün Ukraynanın improvizə teatr qrupu olan “Qara kvadrat” ilə birlikdə bu il fevralın 23-də Bakıya gəlib. Amma fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması ilə hava məkanının bağlanması səbəbindən onlar Bakıda qalıblar.

Buna baxmayaraq, UABD üzvləri Ukraynaya humanitar yardımlarını və informasiya dəstəyini davam etdirirlər. Fevralın 26-da onlar Bakıdakı Ukrayna səfirliyinin qarşısında Rusiya təcavüzünə qarşı aksiya təşkil ediblər. UABD fəalları Ukrayna ordusuna maddi yardımlar edir. Buna misal olaraq, UABD-nin fəxri sədri Oqtay Əfəndiyevin Ukrayna ordusunun hesabına 3 milyon qriven maddi yardım edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir