Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı texniki səhvi düzəltdi

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.

“İNFONEWS” haqqın.az-a istinadən xəbər verir ki, Rusiya MN Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adını 3 hərfin inisialı ilə – qondarma rejimi Dağlıq Qarabağ Respublikası (DQR) kimi təqdim etmişdi.

Bir qədər sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir