Ukraynada əsir götürülən rus hərbçilərinin sayı açıqlanıb

Ukraynada əsir götürülən rus hərbçilərinin sayı açıqlanıb

“Hazırda əsir götürülmüş 562 Rusiya hərbçisi rəsmi olaraq Ukraynadadır”.

İNFONEWS xəbər verir ki, bunu Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, bütün hərbi əsirlərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılır.

“Hazırda bizdə rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri var”, – o, “TSN” telekanalına müsahibəsində deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir