Ermənistan konstitusiyasının ana nüsxəsi Konstitusiya Məhkəməsindən yoxa çıxıb

Ermənistan konstitusiyasının ana nüsxəsi Konstitusiya Məhkəməsindən yoxa çıxıb

“Ermənistan prezidentinin təntənəli andiçmə mərasimi günü konstitusiyanın ana nüsxəsi Konstitusiya Məhkəməsindən çıxarılıb və geri qaytarılmayıb”.

 

İNFONEWS xəbər verir ki, bunu Ermənistan konstitusiya məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, sonuncu dəfə canlı yayımda hər kəsin gözü qarşısında özünü Konstitusiya Məhkəməsinin sədri elan edən Arman Dilanyan bunu Konstitusiya Məhkəməsinin başqa bir sədri, Nikol Paşinyanın vəkili Vahe Qriqoryana ötürüb.

Qazaryan qeyd edib ki, Qriqoryan bunu Karen Demirtsyan adına İdman-Konsert Kompleksinə aparıb və orada Ermənistan parlamentinin xüsusi iclasında “Vətəndaş müqaviləsi” fraksiyasının 71 deputatı tərəfindən seçilmiş Vahaqn Xaçaturyanın andiçmə mərasimi baş tutmalı idi.

“Mərasimdən sonra Vahe Qriqoryana həvalə edilmiş konstitusiyanın ana nüsxəsi yoxa çıxıb. Ümid edirəm ki, bu nəşrdən sonra konstitusiyanı tapmaq və Konstitusiya Məhkəməsinə qaytarmaq mümkün olacaq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir