“Taliban” rəsmi olaraq Əfqanıstanın üçrəngli bayrağını qadağan edib
Əfqanıstandakı “Taliban” hökuməti dövlətin üçrəngli milli bayrağını rəsmi olaraq qadağan olunub.
İNFONEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökuməti qərar qəbul edib.
Məlumata görə, bundan sonra Əfqanıstanın üçrəngli bayrağın yerinə bütün dövlət müəssisələrində və ondan xaricdə “Taliban” hərəkatının rəmzi olan ağ bayraqdan istifadə ediləcək.
Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyəti ələ keçirib. Onlar həmin il avqustun 15-də ölkə paytaxtı Kabilə girib, səhəri müharibənin bitdiyini elan ediblər. Avqustun 31-də isə ABŞ hərbçiləri Kabilin beynəlxalq hava limanını tərk ediblər.