Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib
Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb.
“Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”, – Cənubi Koreyanın Müdafiə Nazirliyindən deyiblər.
Bildirilib ki, şuranın toplatısı 30 dəqiqə sürüb. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.