“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 26-dək qeyri-iş günüdür

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 26-dək qeyri-iş günüdür

Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 20-də vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.

Martın 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir