Bayden: “Novruz sevdiklərinizə şükür etmək, süfrə arxasında toplaşmaqdır”

Bayden: “Novruz sevdiklərinizə şükür etmək, süfrə arxasında toplaşmaqdır”

ABŞ Prezidenti Cozef Bayden özünün tviter hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

İNFONEWS xəbər verir ki, o, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularımızı çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı, sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir