BMT: “Ukraynada hərbi əməliyyatlar nəticəsində 900-dən çox dinc sakin həlak olub”
Bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində 902 dinc sakin həlak olub.
“İNFONEWS” UNIAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan hüquqları üzrə ali komissarının hesabatında deyilir.
BMT hərbi əməliyyatlar nəticəsində daha 1459 nəfərin yaralandığını açıqlayıb.
Kiyev, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Nikolayevsk, Odessa, Sumı, Zaporojye, Dnepropetrovsk və Jitomir vilayətlərində ümumilikdə 1369 nəfərin zərər çəkdiyi bildirilir. Onlardan 654 nəfəri ölüb.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır