Borrel: “Aİ-nin “Strateji kompas” sənədi Ukrayna müharibəsinə cavabın bir hissəsidir”
“Avropa İttifaqının “Strateji kompas” sənədi Ukrayna ətrafında cərəyan edən hadisələrə cavabın bir hissəsidir”.
İNFONEWS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində etdiyi video paylaşımda deyib.
“Müdafiə nazirlərinin görüşündə “Strateji kompas”ı təsdiq etməyi düşünürük. Bu, Ukrayna müharibəsinə cavab deyil, amma onun bir hissəsidir”, – o bildirib.
J.Borrel söyləyib ki, təşkilata üzv ölkələr hərbi potensialı gücləndirməli və bunu koordinasiyalı şəkildə həyata keçirməlidir: “Artıq 2 ildir “Strateji kompas”ın üzərində işləyirik. Məqsəd üzləşdiyimiz təhlükə və çağırışları həll etmək üçün Avropa İttifaqının gündəliyini hazırlamaqdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır