Türkiyə XİN başçısı: “Ukrayna müharibəsi ikili standartları bir daha göstərdi”
“Bu gün Ukraynada baş verənlər, hər birimizin əleyhinə olduğu müharibə ikili standartları bir daha göstərdi”.
İNFONEWS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.
“Halbuki bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan eynidir. Heç bir fərq yoxdur. Çünki bizim mədəniyyətimiz bunu tələb edir”, – nazir vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır