Müharibə dövründə Ukraynada 117 uşaq öldürülüb
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 117 ukraynalı uşaq öldürülüb, 155 azyaşlı isə yaralanıb.
İNFONEWS UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Ukrayna Baş Prokurorluğu da müharibə dövründə zərərçəkən uşaqlarla bağlı məlumat yayıb. Qeyd olunub ki, indiyədək Kiyev vilayətində 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır