Zelenski xalqa müraciət etdi: – Düşmən üçün çətin olacaq
İNFONEWS xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib.
Zelenski Ukrayna şəhərlərinin bütün sakinlərinə işğalçılara qarşı mübarizə aparmağa çağırış edib.
“Böyük Ukraynanın böyük xalqı! Mən ayrı-ayrılıqda bütün Ukrayna şəhərlərinə və bu şəhərlərin cəsur sakinlərinə müraciət etmək istəyirəm. Ukraynanın cənubunda günəş tank üstündəki təsadüfi “turistlər” üçün deyil, yalnız arzulolunan qonaqlar üçün parlayır.
Bu gün Xersonda qulların azad insanlara necə atəş açdığını gördük. O qullar ki, təbliğat şüurlarını dəyişib.
Rusiyanın göndərdiyi bu qullar heç vaxt meydanlarda, küçələrdə bu qədər azad insan görməmişdilər. Onlardan və əllərindəki silahlardan qorxmayan minlərlə insan görməmişdilər. Qullar azadlığı vəhşilik, təhlükə kimi qəbul etdilər. Onlarda qorxu var. Hansı ki, bu qorxunu təbliğatçılar nifrətə çevirə bilirlər. Və sonra dinc, azad insanlara atəş açırlar”.
Ukrayna Prezidenti əlavə edib ki, Xersondakı bu kadrları heç vaxt unutmayacaqlar:
“Dövlətimizin 40 milyon ukraynalısı, dünyada milyonlarla ukraynalı düşmənə qarşı necə mübarizə apardığınızı gördü. Biz hamımız azadlığınızı necə geri qaytarmaq istədiyinizi gördük. Düşmən üçün çətin olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır