Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqladı

Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqladı

INFONEWS xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 min 822 nəfərdir. İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir