Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər

Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər

Müdafiə Nazirliyindən İNFONEWS-a verilən məlumata görə, Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.
Paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir