Bayden Kiyevə yardımı Avropa ilə əlaqələndirmək niyyətindədir
İNFONEWS xəbər verir ki,ABŞ prezidenti Co Bayden Avropaya qarşıdakı səfəri zamanı Ukraynaya yeni hərbi yardımın göstərilməsi baxımından avropalı müttəfiqləri ilə gələcək addımları əlaqələndirmək niyyətindədir.
Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Prezident Bayden Avropaya səfəri zamanı Ukraynaya hərbi yardımın növbəti mərhələsini koordinasiya etmək imkanı əldə edəcək”, – Ağ Evin sözçüsü brifinqdə bildirib.
Sullivan həmçinin bildirib ki, Baydenin səfəri zamanı ABŞ və Avropa Qərbin Rusiya qazından asılılığını azaltmağa yönəlmiş birgə tədbirləri elan edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır