ABŞ-la Britaniya qarşılıqlı olaraq bəzi rüsumları ləğv edirlər
Amerika Birləşmiş Ştatları Britaniya polad və alüminiumuna tətbiq edilən rüsumları qismən aradan qaldırmağa razılaşıb, Böyük Britaniya isə öz növbəsində viski, cins şalvar və motosikletlər də daxil olmaqla bir sıra ABŞ mallarına rüsumları aradan qaldıracaq.
“İNFONEWS” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici Ticarət Departamentinin yaydığı məlumatda deyilir.
“Bugünkü elan, tariflərdən haqsız olaraq təsirlənən polad və alüminium sənayemiz və bu sektorlarda işləyən 80.000 insan üçün yaxşı xəbərdir. Bu o deməkdir ki, bizim istehsalçılarımız yenidən ABŞ bazarına yüksək səviyyədə tarifsiz çıxış əldə edə biləcəklər. Xoşbəxtlikdən, biz indi davam edə və diqqətimizi ABŞ ilə firavan ticarət əlaqələrimizi dərinləşdirməyə yönəldə bilərik”, – Britaniya departamentinin rəhbəri Enn-Mari Trevelyan ABŞ-a səfərindən sonra bildirib.
Praktikada rüsumlar iyunun 1-dən fəaliyyətini dayandıracaq. Daha əvvəl “Reuters” mənbələrə istinadən məlumat vermişdi ki, saziş hər il 500 min tondan çox Britaniya istehsalı olan poladın ABŞ-a rüsumsuz idxalına imkan verəcək.\
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır