İsmayıllıda koronavirus xəstəsi ictimai məkanda saxlanılıb

İNFONEWS xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyallı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, COVID-19 virusuna yoluxduğu üçün evdə müalicəyə cəlb edilməsinə, sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir