Ukrayna Prezidentinin Ofisi: “İndiyədək 105 Rusiya təyyarəsi vurulub”
“İndiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub. Onlardan 6-sı son sutkada məhv edilib”.
“İNFONEWS” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Həmçinin gün ərzində qarşı tərəfin 5 PUA-sı, 5 qanadlı raketi vurulub. Düşmənin məhv edilən hərbi təyyarələrinin sayı isə 100-ü keçib”,- o bildirib.
O vurğulayıb ki, ruslar dinc şəhərləri bombalamaq istəyirdilər, lakin bu, onlar üçün məğlubiyyətlə başa çatdı.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır