Yelena Zelenskaya beynəlxalq təşkilatlara müraciət edib
Ukraynanın birinci xanımı Yelena Zelenskaya beynəlxalq qurumlara müraciət edib.
“İNFONEWS” xəbər verir ki, o, “Li Parisien” qəzetinə müsahibəsində ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, UNİCEF və digər qurumlara növbəti dəfə çağırış edib.
“Humanitar dəhlizlərin açılmasına dəstəklə bağlı onlardan kömək istəyirik. Müharibə başlayandan bəri ölkəmizdə 100-dən çox uşaq ölüb. Biz uşaqlarımızın həlak olmasının qarşısını almaq istəyirik”,- o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır