Zelenski Fransa parlamentinə müraciət ünvanlayıb

Zelenski Fransa parlamentinə müraciət ünvanlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentini Ukraynaya kömək etməyə çağırıb.

“İNFONEWS” UNİAN-a istinadən xəbər verir ki, prezident bu barədə parlamentdə təşkil edilən telemarafonda bildirib.

Zelenski Fransaya Ukraynanın və dünyanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyi təklif edib.

“Təhlükəsizliyin sarsılmaz olacağına və həqiqətən də müharibə olmayacağına dair zəmanətlərə ehtiyacımız var. İnanıram ki, Fransa bu sistemdə aparıcı rol oynayacaq”, – Ukrayna lideri deyib.

O, Fransa parlamentinə silahlanmaya kömək etmək və növbəti sanksiyalar paketi hazırlamaq, eləcə də fransız şirkətləri vasitəsilə Ukraynadakı müharibəni maliyyələşdirməmək barədə çağırış edib.

“Biz sizdən, Fransadan və liderinizdən gözləyirik ki, Rusiyanı sülh axtarmağa vadar edə biləcəksiniz. Ümidvarıq ki, ərazi bütövlüyü bərpa olunacaq”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, martın 22-də Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə bir saat telefon danışığı aparıb. Bu, fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlanmasından indiyədək səkkizinci telefon danışığıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir