İraqın baş naziri: “ABŞ əsgərlərinin yarısı yaxın günlərdə ölkədən geri çəkiləcək”

İNFONEWS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazimi Ordu Günü münasibəti ilə yayımlanan video açıqlamasında bildirib ki, ABŞ-la strateji dialoq səbəbilə bəzi əsgərlər son aylarda geri çəkilib və bu qüvvələrin yarısı da yaxın günlərdə geri çəkiləcək.

O, İraqda xidmət edəcək ABŞ əsgərlərinin sayı ilə bağlı da danışıb:

“Təlim, silah və texniki məsələlərdə əməkdaşlıq üçün onlardan yalnız yüz nəfər hərbçi qalacaq. İki ölkə arasındakı razılığa əsasən, onların tamamilə İraq xaricində yerləşmə cədvəli də həyata keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir