Moskva birjası fəaliyyətini bərpa edir
Bu gün Moskva birjasında fevralın 28-dən bəri ilk dəfə səhmlərlə ticarət həyata keçiriləcək.
“İNFONEWS” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, birjada IMOEX indeksinə daxil olan 33 səhm ticarət ediləcək. Əməliyyatlar Moskva vaxtı ilə saat 9:50-dən 14:00-a qədər aparılacaq, ticarət zamanı qısamüddətli satışlara icazə verilməyəcək.
Birjanın iş rejimi ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.
Xatırladaq ki, Moskva birjası qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaları və Rusiya rublunun ucuzlaşması fonunda fəaliyyətini dayandırmışdı.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır