BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Fransa və Meksikanın Ukraynadakı humanitar vəziyyətlə bağlı hazırladığı qətnaməni qəbul edib.

“İNFONEWS” bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə səs verib, 38-i isə bitərəf qalıb.

Sənəd Ukraynadakı hazırkı böhrana görə məsuliyyəti Rusiyanın üzərinə qoyur.

Qeyd edək ki, Baş Assambleyanın qərarları məcburi xarakter daşımır.

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir