Universitetlərin beynəlmiləlləşməsi və dünya təhsil bazarında baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasını zəruri edir.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir. UNEC dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirərək artıq Gürcüstanda da tanınıb. Belə ki, Gürcüstanın İntellektual Mülkiyyət İnstitutu “UNEC”i Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alıb.
Qeyd edək ki, bununla da UNEC Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya və Ukraynadan sonra 11-ci ölkədə tanınmış oldu.
Ölkənin Ali təhsil müəssisələri arasında hər zaman öz yenilikləri və uğurlu inkişaf yolu ilə seçilən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) uğurlar arzulayırıq!