Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyindən bildirilib: Ermənilərin informasiya təxribatı davam edir

Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir