Rusiya Müdafiə Nazirliyi xəritə paylaşıb
Rusiya Müdafiə Nazirliyi ilk dəfə Ukraynadakı vəziyyətlə bağlı xəritəni ictimaiyyətlə paylaşıb.
“İNFONEWS” xəbər verir ki, Müdafiə Nazirliyi rus mətbuatının əksinə Mariopol, Xarkov, Sumı, Axtırka, Çernobaevka, Zaporojye və Çerniqovu mühasirədə göstərib, şimal-şərq sərhədlərinin tam nəzarət altında olmadığını bildirib.
Qeyd edək ki, rus mətbuatı Rus ordusunun cənub, Kiyev və şimal-şərq istiqamətini tamamilə nəzarət altına aldığını və mərkəzə doğru irəlilədiyini iddia edirdi. Həmçinin, rus mətbuatı yuxarıda adıçəkilən bir çox şəhərin Rus ordusunun nəzarəti altında olduğunu iddia edirdi.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır