Polşa Aİ-yə rusiyalılara vizanın dondurulmasını təklif edib
Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bütün ruslara vizaların verilməsini dayandırmağı təklif edib.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, o, bu bəyanatla Aİ sammiti zamanı çıxış edib.
Bundan əvvəl xarici işlər naziri Eva-Mariya Liimet ölkə hakimiyyətinin Rusiya vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmaq qərarına gəldiyini bildirib.
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa nəzəri cəhətdən Aİ-nin yeni sanksiyalar paketinə daxil edilə bilər, lakin belə bir addım Avropa ölkələrinin iqtisadiyyatına zərbə vuracaq.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır