Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.
“Infonews” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. News24.az-a açıqlama verən nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.